Maurisio Poçettino “Nyukasl”ı çalışdıra bilər 

12:49 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin “Nyukasl” futbol klubu baş məşqçi axtarışlarına başlayıb.

Premyer Liqa təmsilçisinin əsas namizədi Maurisio Poçettinodur. Daha əvvəl argentinalı mütəxəssisin komandaya rəhbərlik etməyə hazır olduğu bildirilmişdi. 48 yaşlı mütəxəssis ötən ilin noyabrınadək “Tottenhem” klubunu çalışdırıb.

“Nyukasl”ın Poçettino ilə danışıqları baş tutmayacağı təqdirdə isə komandanın keçmiş baş məşqçisi Rafael Benitesə təklif göndərəcəyi qeyd olunub.